Dünyanın ən dəyərli futbol klublarının reytinqi açıqlanıb
“Forbes” jurnalı dünyanın ən dəyərli futbol klublarının reytinqini açıqlayıb.
“Turanın səsi ” xəbər verir ki, siyahıya İspaniya “Real Madrid”i başçılıq edir. “Kral klubu”nun dəyəri 6,07 milyard ABŞ dollarıdır.
İkinci pillədə İngiltərə “Mançester Yunayted”i qərarlaşıb – 6 milyard dollar. İlk “üçlüy”ü İspaniya “Barselona”sı (5,51 milyard dollar) tamamlayır.
İngiltərə “Liverpul”u (5,29 milyard dollar) dördüncü, “Mançester Siti” (4,99 milyard dollar) beşincidir.
Dünyanın ən dəyərli klublarının “Top-10” reytinqinə, həmçinin, Almaniyanın “Bavariya” (4,86 milyard dollar), Fransanın PSJ (4,21 milyard dollar), İngiltərənin “Çelsi” (3,1 milyard dollar), “Tottenhem” (2,8 milyard dollar) və “Arsenal” (2,26 milyard dollar) klubları da daxildir.