Deputat: “Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur”

0

“Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı hər hansı ədəbiyyat və test yoxdur. Müəllim bilmir ki, nəyə istinad etsin, necə hazırlaşsın. Neçə ildir proses gedir, amma onlar üçün əlavə məlumat yoxdur”.

Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin mayın 31-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 65 yaşına çatmış müəllimlərin müqavilələrinin bir il artırılması subyektiv amilləri ortaya çıxarır: “Müəllimin ixtiyarı regional təhsil idarəsinin öhdəsinə qalır. O da öz qohumunu, tanışını irəli çəkir, yaxşı müəllimlər kənarda qalır. Biz bunu dəfələrlə görmüşük. Müəllimi alçaldan bu proseslərdən xilas etmək lazımdır. Müəllim ya işləyir, ya da işləmir. Müəllimin hörmətini aşağı salmayın”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir