Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb
Abşeronda fəhlə iş yerində nərdivandan yıxılaraq ölüb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 30-u saat 11 radələrində Abşeron rayonu ərazisində yerləşən anbarların birində fəhlə işləyən 1976-cı il təvəllüdlü Tahir Əhmədovun iş yerində almış olduğu xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Tahir Əhmədovun iş yerində nərdivandan yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.