İsrail Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

0

Bakıda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq mayın 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Turanın səsi ” xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

İsrail Prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, “Əbədi məşəl” abidəsi də ziyarət olunub, önünə əklil qoyulub.

“Müasir Azərbaycanın qurucusu, Prezident Heydər Əliyevin məzarı önünə və Azərbaycan xalqı şəhidlərinin xatirəsinə ucaldılmış “Əbədi məşəl” önünə əklillər qoymaq şərəfinə nail olduq. Prezident Heydər Əliyev müasir Azərbaycan xalqının qurucusu, İsraillə isti münasibətlərin əsasını qoyan və onun yolunu açan Ulu Öndərdir. Buna görə ona təşəkkür edirik”, – İsxak Hersoq bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir