Həbsdə olan qohumuna narkotik keçirmək istəyən qadın saxlanılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Turanın səsi ” xəbər verir ki , bu barədə xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rasim Arif oğlu Əsgərova sovqat gətirmiş qohumu – Gəncə şəhər sakini Jalə Məhərrəm qızı Kazımovanın əşyalarına və üzərinə baxış keçirilən zaman sellofan paketin alt hissəsində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 4,633 qram olan psixotrop maddə – metamfetamin, ümumi çəkisi 3,419 qram olan narkotik maddə – heroin, ümumi çəkisi 0,44 qram olan narkotik maddə – marixuana, əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş 2 ədəd tibbi şpritsin içərisində ümumi çəkisi 0,5 ml olan heroin məhlulu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir