Türkiyə XİN Müstəqillik Günü ilə bağlı Azərbaycanı təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi 28 May- Müstəqillik Günü ilə bağlı Azərbaycanı təbrik edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.
“Can Azərbaycanın müstəqillik günü mübarək olsun. Azərbaycanlı qardaşlarımızın qüruruna şərikik”, – xarici siyasət idarəsinin sosial şəbəkədəki səhifəsində qeyd olunub.