Zelenski Rusiya ilə əlaqəli şəxslərə sanksiya tətbiq edib
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqəli olan 51 fiziki və 220 hüquqi şəxsə qarşı növbəti sanksiya tətbiq edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında yerləşdirilib.
Yeni sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Mobil telesistemlər” (MTS), “Volqa-Dnepr lizinq”, “RJD logistika”, “RJDstroy”, Solikamsk Təcrübə Metallurgiya Zavodu, Dövlət Kimya Məhsulları Elmi-Tədqiqat İnstitutu və Minsk Avtomobil Zavodu var.