Polşa Rusiya və Belarus yük maşınlarının sərhəddən keçməsini yasaqlayacaq

Polşa Daxili İşlər Nazirliyi və Administrasiyası Rusiya və Belarusda qeydiyyatda olan malların olduğu yük maşınlarının Polşa-Belarus sərhədindən keçirilməsini dayandırmaq niyyətindədir.

Turanın səsi ” xəbər verir ki, bu barədə cümə günü dərc olunan hökumətin fərman layihəsində qeyd edilib.

“Belarus Respublikası və ya Rusiya Federasiyasının ərazisində qeydiyyatda olan yük avtomobilləri, traktorlar, qoşqular, o cümlədən yarımqoşqular üçün Belarus Respublikası ilə sərhəddən yükdaşımaları növbəti xəbərdarlıq edilənədək dayandırılır”, – deyə sənəddə bildirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir