İndiyə qədər Qarabağ və Şərqi Zəngəzurda 12 elektrik yarımstansiyası tikilib

Bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda 11 ədəd 110 KV-luq, 1 ədəd isə 330 KV-luq elektrik yarımstansiyası tikilib.

Turanın səsi ” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində Oxçuçayın çirklənməsi ilə bağlı keçirilən tədbirdə “Azərenerji” ASC-nin prezidentinin müşaviri Vüqar Əliyev bildirib.

Bundan başqa, onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 600 km-dən çox yüksəkgərginlikli ötürmə xətti çəkilib.

“İşğaldan əvvəl bu ərazilərdə 29 ədəd kçik su elektrik stansiyası (SES) olub ki, mənfur qonşularımız həmin stansiyaları tamamilə dağıdıb. Onlardan 11-i yenidən qurularaq bərpa edilib. 7 yerdə SES tikintisi davam edir, eyni zamanda 9 yerdə SES-in tikintisinə başlanılıb. Ümumilikdə bu 27 SES-in istehsal gücü 27 MVt olacaq. Yaxın gələcəkdə əlavə stansiyaların tikilməsi planlaşdırılır”, – deyə “Azərenerji” rəsmisi əlavə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir