“Prezident İlham Əliyev Paşinyana dərs keçdi” – RƏY
“Prezident İlham Əliyev üçtərəfli görüşdə iştirak etmək üçün Moskvaya etdiyi səfəri çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının iclasına qonaq qismində qatılıb. İclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan yersiz və məntiqsiz polemika açmaqla özünü yenə də gülünc vəziyyətə saldı. Prezident İlham Əliyev Laçın yolunun bağlı olmadığını qeyd edərək dəhliz ifadəsinin beynəlxalq termin olduğunu və beynəlxalq marşrutlarla bağlı istifadə olunduğunu bildirərək Paşinyana diplomatik dərs keçmiş oldu”.
“Turanın səsi ” xəbər verir ki ,bu sözləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, iclasda ölkə başçımıza böyük hörmətlə yanaşılıb və danışmaq üçün söz verilib:
“Prezident qonaq kimi iclasda iştirak edərək ölkəmizin bu birliyə üzv ölkələri ilə (Ermənistan istisna olmaqlar) ikitərəfli şəkildə yüksək iqtisadi əməkdaşlıq etdiyini vurğulayaraq keçən il də bu ölkələrlə ticarət dövriyyəsində 35% artım olduğunu qeyd etdi. Həm də ölkəmizin Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olduğunu bildirərək Zəngəzur dəhlizinin açılması Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə əməkdaşlıqda yeni imkanlar yaradacağını ifadə etdi. Həm də dəniz və hava daşımalarında mövcud imkanlarımız və gələcəkdə daha da artırmağımızla bağlı planlarımızı, gəmiqayırma zavodu və beynəlxalq tranzit imkanlarımız haqqında məlumatı iclas iştirakçıların diqqətinə çatdırdı”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev bu gün Azərbaycana iqtisadi cəhətdən heç kimin dəstəyinə ehtiyacın olmadığını bildirərək xarici dövlət borcumuzun ÜDM-in 9%-dən aşağı olduğunu qeyd edərək valyuta ehtiyatlarımızın xarici dövlət borcundan 10 dəfədən çox olduğunu ifadə edib:
“Bu gün dünyada çox az ölkələr var ki, iqtisadi inkişafı Azərbaycan qədər müsbət göstəricilərlə diqqəti cəlb etsin. İclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan yersiz və məntiqsiz polemika açmaqla özünü yenə də gülünc vəziyyətə saldı.
Prezident İlham Əliyev iclasda qonaq qismində iştirak etdiyindən öz çıxışında neytral mövqe nümayiş etdirdiyi halda Paşinyan çox yersiz olaraq Laçın dəhlizinin bağlamağımızla bağlı məntiqsiz bir məsələni ortaya qoydu. Prezident İlham Əliyev Laçın yolunun bağlı olmadığını qeyd edərək dəhliz ifadəsinin beynəlxalq termin olduğunu və beynəlxalq marşrutlarla bağlı istifadə olunduğunu bildirərək Paşinyana diplomatik dərs keçmiş oldu”.
A. Badamov söyləyib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan – Ermənistan danışıqlarında ərazi bütövlüyünün tanınmasının rəsmən razılaşması əsas, fundamental prinsip olduğunu, digər məsələlərin isə ikinci dərəcəli olduğunu qeyd edərək Paşinyanın səsləndirdiyi məsələləri yersiz olduğunu diqqətinə çatdırmış oldu:
“Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Avrasiya İqtisadi Birliyinin samitində qonaq qismində iştirak etməsi bu birliyə üzvü ölkələri ilə çox yüksək münasibətlərimizin olmasından irəli gəldiyini hesab edirəm”.