Milli Məclisin Sədr müavini Adil Əliyev Abşeron rayonunun Fatmayı kəndində şəhid Oruc Vəliyevin ailəsini ziyarət etdi.

Şəhid ailələrinin, qazilərin qayğıları hər zaman Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir, onların bütün növ çətinliklərin həll edilməsi ilə əlaqədar dövlət başçısı tərəfindən aidiyyəti tapşırıqlar verilmişdir. Eləcə də, şəhid ailələrinə yüksək diqqət və ehtiramın göstərilməsi hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimizin bizə əmanətləri olan ailələrinə ən yüksək səviyyədə diqqət göstərməli, ölkəmizin ərazi bütövlüyünün bərpa, suverenliyinin bərqərar olmasına görə qəhrəmanlarımıza borclu olduğumuzu heç zaman unutmamalıyıq. Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir