Milli Məclisdə Gürcüstan parlamentinin deputatı ilə görüş 

0

Mayın 24-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Gürcüstan parlamentinin üzvü, Gender bərabərliyi üzrə Daimi Parlament Şurasının, həmçinin Aqrar məsələlər komitəsinin sədri Nino Tsilosanin ilə görüşüb.

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Hicran Hüseynova gürcüstanlı həmkarını salamlayaraq, onu Azərbaycanda görməkdən məmnun olduğunu deyib. Ölkələrimiz arasında dostluq əlaqələrindən danışan komitə sədri Azərbaycan və Gürcüstanın Cənubi Qafqazın inkişaf etmiş ölkələri olduğunu, sülhə, sabitliyə dəstək verdiklərini vurğulayıb. 
Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin qorunmasının qanunvericiliklə tənzimləndiyini bildirən Hicran Hüseynova, bu istiqamətdə mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Ölkəmizin uzun müddət Ermənistanın işğalından əziyyət çəkdiyini xatırladan komitə sədri bizim hələ də Ermənistanın girovluğunda olan qadınlarımızın, itkin düşmüş uşaqlarımızın olduğunu bildirib. Bir çox istiqamətlərdə ölkələrimizin beynəlxalq əməkdaşlığa öz töhfələrini verə biləcəyini qeyd edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan və Gürcüstanın beynəlxalq səviyyədə güclərinin birləşdirilməsinin vacibliyini vurğulayıb. Erkən nigahlara münasibət bildirən komitə sədri bu problemin hər iki ölkədə mövcud olduğunu və bu problemin qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılmasının rolunu qeyd edib. Azərbaycanda qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlərdən danışan Hicran Hüseynova bu məqsədlə yaradılan dəstək mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirib. 
Səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Gürcüstan parlamentinin üzvü, Gender bərabərliyi üzrə Daimi Parlament Şurasının, həmçinin Aqrar məsələlər komitəsinin sədri Nino Tsilosanin ölkəsində Azərbaycana münasibətin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən məmnunluğunu ifadə edən gürcüstanlı parlamentari ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. 
Qonaq Gürcüstan və Azərbaycan parlamentlərinin qadın məsələləri ilə bağlı komitələrinin sıx əməkdaşlığınn genişləndirilməsinin vacibliyini vurğulayıb. Ölkəmizin gender bərabərliyi sahəsində uğurlu təcrübəsi olduğunu qeyd edən Nino Tsilosanin bu təcrübədən faydalanmaq arzusunda olduqlarını bildirib və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı digər maraq doğuran məsələlər barədə də ətraflı müzakirələr aparılıb. 

⤵️

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir