Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Sabir Hacıyev mayın 23-də Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Səfər çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı olacaq. Bununla yanaşı, Başqırdıstan parlamentində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Səfər mayın 30-da başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI