Ağstafada çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “turanın səsi ” nə bildirib ki , Ağstafa Rayon Polis Şöbəsinə Kür çayının Ağstafa rayonun Poylu qəsəbəsi hissəsindəki adacıqda naməlum meyit olması ilə bağlı məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, çay suyunun çəkilməsi nəticəsində naməlum kişi meyiti üzə çıxıb. Naməlum kişi meyitin əlamətləri belədir: boyu 165 sm-dir, yaş 45-55 aralığındadır, üzərində zorakılıq əlamətləri yoxdur, boğazında mənzil açarı var.
Naməlum şəxs barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, 0222252552, 0505834102 telefon nömrələrinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI