DEPUTAT : “Beşinci Brüssel görüşü də Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin aktivinə yazılmalıdır”
Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında sayca 5-ci görüş baş tutdu.
Görüşün yekunları ilə bağlı Şarl Mişelin bəyanatına əsaslanaraq demək olar ki, danışıqlar Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi şərtlər daxilində keçirilmiş və diplomatiyamızın növbəti qələbəsi hesab etmək olar.
“turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəmməliyev Brüssel görüşünü şərh edərkən səsləndirib.
Millət vəkili qeyd edib ki, görüşdə əsas diqqət çəkən məqamlar isə bunlar olub:
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan 1991-ci il Alma-ata bəyannaməsinə sadiq olduqlarını bildirlər. Sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılması razılaşdırılır.
ilk dəfə rəqəmlərlə ifadə olunan, Azərbaycanın 86,6 min kv.km, Ermənistanın 29,8 min kv. km ərazisi qarşılıqlı şəkildə tanınır.
İtkin düşmüş şəxslərin taleyinin həlli və minatəmizləmə işlərinin gücləndirilməsinin zəruriliyi müzakirə olunur.
Səhvən sərhədi keçərkən girov götürülmüş hərbçilərin azad olunması davam etdirilməlidir.
Kommunikasiyaların açılması, nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı tərəflərin mövqelərində ciddi irəliləyiş hiss olunur.
Naxçıvana və Naxçıvandan keçən dəmir yolu tikintisinin birlikdə aparılması üçün razılaşmanı yekunlaşdırmaq qərara alınır. Məsələnin həlli üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılıq əldə olunur.
Ermənilərin məyus edən məqamlar.
❗Laçın rayonu ərazisində, dövlət sərhəd-nəzarət-buraxılış məntəqəsi beynəlxalq hüquq normalarına uyğundur. Qarabağ ermənilərinin problemləri Azərbaycanın daxili işidir.
Ermənistanın bütün cəhdlərinə rəğmən, Makronun danışıqlarda iştirakı baş tutmur.
Nəticə etibarilə, əvvəlki görüşlərdə olduğu kimi, beşinci Brüssel görüşü də, Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin aktivinə yazılmalıdır.
Burada, bir nyüansı xatırlatmaq istərdim. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkil etdiyi format ölkəmizin siyasi, iqtisadi maraqlarına cavab verir. İndiki zamanda Azərbaycanın Avropa üçün əhəmiyyətini, nə demək olduğunu Şarl Mişel başa düşür və sülhyaratma prosesinə ciddi yanaşır. Yetər ki, Ermənistan tərəfi, şəxsən baş nazir Paşinyan tarixi məsuliyyəti düzgün dəyərləndirsin. Siyasi iradə nümayiş etdirsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Biz dəfələrlə, Paşinyanın, tez-tez fikirlərini dəyişdiyini, əldə olunan razılıqları pozduğunun şahidi olmuşuq. Bax, burda ciddi problem var.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI