Ali Məhkəmə Plenumunun iclası keçirilib, Elmi-Məsləhət Şurasının yeni tərkibi müəyyənləşib

0

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib.

Turanın səsi ” xəbərinə görə qurumdan bildirilib ki, toplantıda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” qərar layihəsi və “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Plenumun 2021-ci il 19 noyabr tarixli 10 nömrəli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair arayış müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

İclasda eyni zamanda, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar layihəsi müzakirə olunaraq, müvafiq qərar qəbul edilib.

Daha sonra Plenumda Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasının yeni tərkibi müəyyən edilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir