Krit adasında güclü zəlzələ olub
Yunanıstan Krit adasında 5,1 maqnitudalı zəlzələ olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 9,07 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 22:58-də qeydə alınıb.
Yeraltı təkanların ocağının Türkiyənin Muğla şəhərinin Datça rayonundan 292,86 km məsafədə olduğu diqqətə çatdırılıb.