“TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib
“Visa” beynəlxalq kart təşkilatında baş vitse-prezident, Mərkəzi və Şərqi Avropa-Yaxın Şərq-Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyinat olub.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, bu vəzifə Tariq Abdullaya həvalə edilib.
CEMEA regionuna Azərbaycan da daxildir və T.Abdulla şirkətin Dubaydakı (BƏƏ) ofisində çalışacaq.
T.Abdullanın biznes sektorunda 20 ildən artıq iş təcrübəsi var və bundan əvvəl Yaxın Şərq- Afrika-Cənubi Asiya regionunda “TikTok”un baş meneceri kimi 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib. O, həmçinin 10 il ərzində “Google” şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarında marketinq komandalarına rəhbərlik edib.