Bayden: “ABŞ borc üzrə defoltdan qaça biləcək”
ABŞ Prezidenti Cozef Bayden ölkənin borcunu ödəmək təhlükəsi olmadığına əminliyini bildirib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Associated Press” onun Ağ Evdəki çıxışından sitat gətirir.
“Mən əminəm ki, bizim büdcə ilə bağlı razılaşmalarımız olacaq və Amerika defolt etməyəcək”, – Bayden deyib.
Bayden əlavə edib ki, o və ABŞ Konqresi kompromis əldə edəcək, çünki başqa alternativ yoxdur.
Hazırda ABŞ-ın dövlət borcunun limiti 31,4 trilyon dollardır, onun artırılması ilə bağlı danışıqlar bir neçə aydır ki, davam edir. Ağ Ev bu cür təklifləri rədd edib.