Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 6 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 883 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Turanın səsi ” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.

4 aylıq xarici ticarət dövriyyəsinin 12 milyard 585 milyon ABŞ dolları ixracın, 5 milyard 298 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,45 %, idxal isə 31,1 % artıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 287 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,4 % azdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir