Putin: “Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı sazişin imzalanacağına ümid edir”
“Rusiya İran və Azərbaycanla dəmir yollarının və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir”.
“Turanın səsi ” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu İranda Rəşt-Astara dəmir yolu hissəsinin (Şimal-Cənub dəhlizinin bir hissəsi) yaradılmasına dair sazişin imzalanması mərasiminə videobağlantı vasitəsilə qoşulan Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz hazırlığın üçtərəfli formatda, Azərbaycanın da iştirakı ilə tezliklə başa çatmasını gözləyirik”, – Putin bildirib.
O qeyd edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüquqi baza yaradacaq.