Azərbaycan Amerika Test və Materiallar Cəmiyyəti ilə əməkdaşlığa başlayır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ölkə ərazisində Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) standartlarının rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib.

Turanın səsi ”  xəbər verir ki , bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı AZSTAND və ASTM arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Metallurgiya, boya, plastik, tekstil, neft və neft məhsulları, tikinti, energetika, elektronika, ətraf mühit, istehlak malları, kompüter sistemləri, tibbi xidmətlər və daha bir çox sahəni əhatə edən ASTM standartlarının Azərbaycanda tətbiqi ölkə daxilində istehsal olunan məhsulların, göstərilən xidmətlərin və onunla bağlı proseslərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

1898-ci ildə yaradılmış ASTM materiallar, məhsullar, sistemlər və xidmətlər üçün könüllü standartlar hazırlayan və nəşr edən beynəlxalq təşkilatdır. Hazırda dünya üzrə 12 800-dən çox ASTM standartları tətbiq olunur.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir