Türkiyə Prezidenti: “Dövlət Baxçalı TBMM-ə müvəqqəti sədrlik edəcək”

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək.

Turanın səsi ” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “CNN Türk” və “Kanal D”nin ortaq yayımında deyib.

“Dövlət müvəqqəti Məclisin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır”, – Ərdoğan qeyd edib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə parlament seçkiləri keçirilib. Yekun nəticələrə əsasən, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51 deputat yeri əldə edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir