Türkiyə Ordusunun 3 hərbçisi şəhid olub – YENİLƏNİB
Türkiyənin Şırnak bölgəsində terrorçularla atışmada şəhid olanların sayı artaraq üçə çatıb.
“turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
13:39
Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.
“Turanın səsi ” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşma nəticəsində həlak olublar.
Məlumata görə, daha 2 hərbi qulluqçu yaralanıb.
Atışma nəticəsində 3 terrorçu məhv edilib.
Şəhidlərin adları hələ ki açıqlanmayıb.