Elm və təhsil naziri şagirdlərin dərsdən yayınma hallarından danışıb

“Təhsil olan yerdə təhsildən yayınma hallarının olması gözləniləndir”.

Turanın səsi ” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, əsas məsələ bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti qurumların birgə çalışmasıdır.

E.Əmrullayev bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə uşaqların müdafiəsi idarəsi də yaradılıb: “İdarənin fəaliyyətinin qurulması üçün işlər görülür. Bu da şagirdlərin daha təhlükəsiz şəraitdə təhsil alması üçün şərait yaratmış olacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir