Milli Məclisin xüsusi iclasında iştirak edən xarici ölkə parlamentariləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn xarici ölkələrinin parlament nümayəndə heyətləri mayın 16-da Fəxri xiyabanda olublar.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin sədri Sahibə Qafarova qonaqlarla birlikdə Ulu Öndər, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb, əklil qoyublar.
Qeyd edək ki, Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında 12 ölkənin parlament sədri, 15 vitse-spiker, 57 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının və xarici ölkələrin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI