Rusiya ordusu Xersonu atəşə tutub, 3 dinc sakin ölüb, 6 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri ötən gecə Xerson vilayətini atəşə tutub.

Turanın səsi ” xəbər verir ki, bu barədə Xerson vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

O bildirib ki, son sutka ərzində Rusiya ordusu ümumilikdə 86 hücum həyata keçirib. Ağır artilleriyadan, tanklardan, pilotsuz uçuş aparatlarından və aviasiyadan 381 mərmi atılıb. Nəticədə 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-dən başlayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir