Zelenski ölkəsinin əks-hücumunun ilk mühüm addımlarının “tezliklə” atılacağını açıqlayıb
Ukrayna əks-hücumunun ilk mühüm addımları “tezliklə” atılacaq.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya KİV-ə müsahibəsində deyib.
“Biz çox ciddi hazırlaşırıq. Çox ciddi addımlar tələb olunacaq. Bilirəm ki, hamımız motivasiyalıyıq. Təkcə bu planı bilənlər yox, xalqımız da… Sizə cavab verə bilmərəm (əks-hücum harada və nə vaxt başlayacaq – red.). Amma siz bunu mütləq görəcəksiniz və Rusiya da bunu mütləq hiss edəcək…Biz qələbəyə inanırıq və inanırıq ki, tezliklə ilk mühüm addımlar atılacaq”, – dövlət başçısı bildirib.
Eyni zamanda, Ukrayna lideri əks-hücumun başlanmasının konkret yeri və vaxtı ilə bağlı açıqlığının “Ukraynaya kömək etməyəcəyini, əksinə müdaxilə edəcəyini” diqqətə çatdırıb.