Yaponiya Ukrayna üçün 40 milyon dollara enerji avadanlıqları alacaq

Yaponiya Ukrayna üçün 40 milyon dollara enerji avadanlıqları alacaq.

Turanın səsi ” xəbər verir ki, bu barədə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) teleqramda məlumat yayıb.

Transformator yarımstansiyaları üçün enerji avadanlıqlarının ilk tədarükü 2023-cü ilin ikinci yarısına planlaşdırılır.

Ukrayna hökuməti ilə arasında qrant sazişinə əsasən, yarımstansiyalar üçün avadanlıq alınaraq “Ukrenerqo”ya veriləcək.

Tədarüklər avadanlıqların istehsal müddətindən asılı olaraq 2025-ci ilə qədər davam etməlidir.

Bu günə qədər JICA Ukraynaya 30-dan çox generator ötürüb.

2023-cü ilin martında Ukrayna üçün fövqəladə vəziyyətin bərpası proqramının maliyyələşdirilməsi üçün ümumilikdə 22,44 milyard yapon yeni (təxminən 170 milyon ABŞ dolları) məbləğində qrant sazişi imzalanıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir