Prezident mədəniyyət nazirinin müavinləri ilə bağlı fərman imzalayıb
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, mədəniyyət nazirinin birinci müavinləri vəzifəsi ləğv edilib. Daha bir dəyişiklə nazirin müavinlərinin sayı 4 olaraq müəyyənləşib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI