Ərdoğan: “14 mayda Türkiyədə yüz ilin miladı olacaq”
“14 mayda Türkiyədə yüz ilin miladı olacaq”.
“Turanın səsi ” in xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partinin İstanbul Baxçalıevlərdəki mitinqi zamanı deyib.
Türkiyə Prezidenti qeyd edib ki, Qaradənizdə qaz yatağının kəşfindən sonra ölkədə 1 il mətbəxt və isti su xərclərindən tamamilə azad edəcəyik.
R.T.Ərdoğan vurğulayıb ki, islam və Türk dünyası ilə münasibətləri daha da möhkəmləndirəcək: “Regionda və dünyada sülhün dayanıqlılığı üçün çalışacağıq. Türkiyə böyüməyə davam edəcək və birlikdə güclənəcəyik. Türkiyənin yüz ili üçün əlimizdən gələni edəcəyik”.