Baş DYP İdarəsi yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə dəstək verir

0

“Nərdivançı” sosial müəllim layihəsi DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi elan edib.
​
“Turanın səsi ” xəbər verir ki , Müsabiqənin məqsədi təhsilalanlara yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqların müasir metodlarla aşılanmasına və bu sahədə təhsilverənlərin layihə çərçivəsində ərsəyə gələcək videomateriallardan tədris vəsaiti kimi istifadə etmələrinə nail olmaqdır.​
​
Hazırda ölkəmizdə həyata keçirilən müvafiq Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyinin təbliğində vətəndaş cəmiyyəti institutlarına dəstək göstərilməsini fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsi təhsil ictimaiyyətini müsabiqədə fəal iştirak etməyə çağırır.
​
Müsabiqə ilə bağlı ətraflı məlumat “Nərdivançı” layihəsinin facebook səhifəsində verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir