Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb


“Dünən Moskvada əvvəlcə rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Məqsədimiz isə Suriyanın terrorçulardan təmizlənməsidir. Suriyanın indi humanitar dəstəyə ehtiyacı var”.

M.Çavuşoğlu bildirib ki, suriyalıların ölkələrinə qayıtması üçün təhlükəsiz mexanizm yaradılmalıdır: “Biz həmçinin oxşar iclasların davam etdirilməsinə dair razılığa gəldik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir