Hacıqabul Rayon Polis Şöbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub

Hacıqabul Rayon Polis Şöbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir təşkil olunub.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Tədbirin əvvəlində Ümummilli Liderin və torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məmməd Hüseynov müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda həyata keçirdiyi misilsiz xidmətlərdən danışıb. Bildirib ki, ömrünü dövlətimizin müstəqilliyinə həsr edən Ulu Öndər ölkəmizin dar günündə millətimizin harayına çataraq, bütün çətinliklərə sinə gərib, dövlətimizin dirçəlməsinə, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulmasına nail olub.
Daha sonra çıxış edənlər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunda bəhs ediblər. Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

⤵️

⤵️

⤵️

⤵️


⤵️

” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir