Qaydaları pozmayan sürücülər tərəfimizdən müəyyən edilərək Baş DYP İdarəsi tərəfindən qiymətli hədiyələrlə mükafatlandırılıblar
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nümunəvi sürücülər” müsabiqəsi ilə əlaqədar olaraq il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər tərəfimizdən müəyyən edilərək Baş DYP İdarəsi tərəfindən qiymətli hədiyələrlə mükafatlandırılıblar.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Məqsədimiz sürücüləri qayda pozmamağa təşviq etmək və yollarda insanlarımızın təhlükəsizliyini təmin etməkdir.
Yollarda təhlükəsizliyin təmin olunmasının əsas tələblərindən biri də nəqliyyat vasitələrinin saz vəziyyətdə istismar edilməsidir. Bununla əlaqədar olaraq artıq bir neçə müddətdir ki, nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib.
Bununla da nəqliyyat vasitələrinin sahibləri və sürücüləri növbəlilik prinsipi əsasında fəaliyyət göstərən Müayinə Mərkəzlərinə günün istənilən vaxtı müraciət etmək imkanı qazanıblar.
⤵️
⤵️
⤵️
⤵️
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI