Neft ucuzlaşıb
ABŞ-da neftin kommersiya ehtiyatlarının gözlənilməz artımı fonunda dünya bazarında “qara qızıl” cüzi ucuzlaşıb.
“turanın səsi ” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul füçersləri 0,71 % ucuzlaşaraq 1 bareli 76,89 ABŞ dollarına satılıb. WTI neftinin iyun füçerslərinin qiyməti isə 0, 73 % aşağı düşüb və 1 bareli 73,17 ABŞ dolları təşkil edib.
Amerika Neft İnstitutunun (API) hesablamalarına görə, mayın 5-nə qədər olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 3,6 milyon barel artıb. Ölkənin Energetika Nazirliyi rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər isə ehtiyatların 0,9 milyon barel azalacağını güman edirlər.