DTX rəisi: “Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı”

0

Heydər Əliyev gələcək müstəqil Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı.

Turanın səsi ” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.

“Qeyd etməliyəm ki, Ulu Öndərin 1950-ci illərin əvvəllərindən təhlükə­sizlik orqanlarının milliləşdirilməsi is­tiqamətində göstərdiyi səylər Əks-kəş­fiyyat şöbəsinin rəisi kimi məsul bir vəzifəyə təyin olunduqdan sonra daha geniş vüsət aldı. Təsadüfi deyil ki, 50-ci illərin sonlarından başlayaraq 60-cı, 70-ci illəri Heydər Əliyevin birbaşa rəhbərliyi və sonralar da onun himayə­si altında təhlükəsizlik orqanlarının in­tibah dövrü adlandırırıq. Heydər Əliyev 2-ci şöbənin rəisi təyin olunduqdan sonra təhlükəsizlik orqanlarına qəbul olunmuş azərbaycanlı kadrların sayı­nın durmadan artması, onun diqqət və qayğısı ilə bu sahədə yeni gənc nəslin yetişməsi, təbii ki, bu qurumun fəa­liyyətinə müsbət təsirini göstərməklə yanaşı, Ulu Öndərin respublikaya rəh­bərliyi və SSRİ Nazirlər Soveti sədri­nin birinci müavini olduğu vaxtlarda da təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəli qurulmasını şərtləndirmişdir. Bunu sadəcə belə ifadə etmək olar ki, Heydər Əliyev bu addımı ilə, sanki, gələcək müstəqil Azərbaycan dövləti­nin kadr potensialını yaradırdı”, – DTX rəisi müsahibəsində bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir