Rusiya ordusu Kupyanska raket zərbələri endirib, yaralılar var
Rusiya ordusu mayın 9-da axşam saatlarında Kupyanska raket zərbələri endirib, yaralılar var.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinegubov teleqramda məlumat yayıb.
Mülki infrastruktur obyektinə zərbə endirilib. Azı 5 fərdi yaşayış binasına ziyan dəyib.
Sinequbovun sözlərinə görə, zərbə nəticəsində üç nəfər – iki qadın və bir kişi yaralanıb.
Raket zərbələri Kupyanskdakı evlərdə yanğına da səbəb olub.