Ukrayna SQ: “Rusiya ordusu Baxmutda fosforlu bombadan istifadə edib”
“Rusiya ordusu Donetsk vilayətinin Baxmut şəhərində fosforlu bombadan istifadə edib”.
“Turanın səsi ” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələr Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.
O bildirib ki, bu, nəticəsiz olub:
“Biz mövqelərimizi qoruyuruq”.
Qeyd edək ki, təxminən 7 aydır Baxmutda gərgin döyüşlər gedir.