ABŞ Ukraynaya 1,2 milyard dollarlıq hərbi yardım paketini açıqlayacaq


Amerika Birləşmiş Ştatları (ABŞ) bu gün Ukraynaya yeni böyük hərbi dəstək paketini elan edəcək. Söhbət 1,2 milyard dollarlıq yardımdan gedir.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, o, Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsü hesabına maliyyələşdiriləcək. Qeyd olunur ki, tez çatdırılması üçün Pentaqonun anbarlarından Ukraynaya daha tez-tez göndərilən Amerika texnikası, silah və sursatından fərqli olaraq, bu fonddan gələn vəsait Ukraynanın gələcək təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yaxın aylar, hətta illər ərzində xərclənməlidir.

Yeni yardım paketinə “Hawk” hava hücumundan müdafiə sistemləri, zenit sursatları və hava hücumundan müdafiə dronları daxildir. Bundan əlavə, ABŞ Ukraynanı artilleriya, raketlər, peyk çəkilişləri ilə təmin edəcək və müxtəlif silahların davamlı texniki xidmətini və ehtiyat hissələrini maliyyələşdirəcək.

Yeni yardım paketi ilə Rusiyanın tammiqyaslı hücumunun başlamasından bu günə kimi ABŞ-ın Ukraynaya hərbi yardımı təxminən 37 milyard dollara çatacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir