Səudiyyə Ərəbistanı Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək

Səudiyyə Ərəbistanı ordu ilə xüsusi təyinatlılar arasında toqquşmaların davam etdiyi Sudana 100 milyon dollarlıq humanitar yardım edəcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mətbuat Agentliyi məlumat yayıb.

Təşəbbüsün həyata keçirilməsi Humanitar Yardım və Əməliyyatlar Mərkəzinə həvalə olunub. Yardım, ilk növbədə, döyüşlər səbəbindən evlərini tərk etmiş məcburi köçkünlərə veriləcək. Mərkəz həmçinin Sudanın mülki əhalisinə kömək etmək üçün onlayn xeyriyyə kampaniyasına başlayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir