KİV: İran humanitar yardım adı altında Suriyaya silah ötürüb

İran regionda ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım adı altında Suriyaya gizli şəkildə silah tədarük edib.

Turanın səsi ” xəbər verir ki, bu barədə “The Washington Post” Pentaqonun sızmış məxfi məlumatlarına istinadən yazıb.

“İran zəlzələdən sonra ABŞ əsgərlərini hədəfə almaq üçün yardımların arasında silah gizlədib”, – məlumatda deyilib.

Qeyd olunub ki, Tehran Dəməşqə döyüş sursatı, atıcı silahlar və dronlar ötürüb.

Eyni zamanda, belə tədarüklər barədə məlumatı İsrail Silahlı Qüvvələrinin nümayəndəsi də təsdiqləyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir