İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Vest Hem”ə uduzub


İngiltərə Premyer Liqasının 35-ci turunda “Vest Hem” “Mançester Yunayted”i qəbul edib.

Turanın səsi ” xəbər verir ki, matç Londonun “Olimpiya” stadionunda baş tutub.

Gərgin keçən oyunda paytaxt təmsilçisi minimal hesabla qalib gəlib. 27-ci dəqiqədə Səid Benrahma uzaqda endirdiyi dəqiq zərbə ilə “qırmızı şeytanlar”ın qapıçısı David De Xeanı məyus edib. Erik ten Haqın yetirmələrinin təzyiqlərinə rəğmən matçda hesab dəyişməyib – 1:0.

Beləliklə, “Vest Hem” 35 oyundan sonra 37 xal toplayıb və, demək olar, liqadakı yerini bərkidib. London təmsilçisi 15-ci pillədə qərarlaşıb. “Mançester Yunayted” isə 34 oyundan sonra 63 xalla 4-cü pillədəki yerini qoruyur. Lakin “qırmızı şeytanlar”ı ən yaxın təqibçisi və əzəli rəqibi “Liverpul”dan 1 xal ayırır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir