“Togg” avtomobili Türkiyə polislərinin istifadəsinə verilib
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230507_005627-1024x624.jpg)
Türkiyənin istehsal etdiyi “Togg” avtomobili bu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) istifadəsinə verilib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə səhifəsində məlumat verib.
Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230507_005616.jpg)