“Vaqner” Baxmutdakı mövqeləri “Axmat” xüsusi təyinatlılarına təhvil verməyə hazırlaşır

Rusiyanın “Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da gecə yarısı Ukraynanın Donetsk vilayətindəki Baxmut şəhərində tutduğu mövqeləri “Axmat” xüsusi təyinatlılarına təhvil verəcək.

Turanın səsi ”  TASS-a istinadən xəbər verir ki, bu barədə “Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib.

O bildirib ki, bundan sonra “vaqner”çilər şəhərdən çıxacaqlar.

Məlumata görə, bu barədə təklif Çeçenistan rəhbəri Ramzan Kadırovdan gəlib.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, Ukraynanın bu şəhərində 7 aydan çoxdur gərgin döyüşlər gedir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir