Türkiyənin Sudandakı səfirinə hücum olub, avtomobili atəşə tutulub
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230506_190948.jpg)
Türkiyənin Sudanın paytaxtı Xartum şəhərindəki səfiri İsmail Çobanoğluna hücum olub.
“Turanın səsi ” “Anadolu”ya istinadən xəbər verir ki, onun avtomobili atəşə tutulub.
Bildirilib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Hücum nəticəsində xidməti maşına zərər dəyib. Hücumu kimlərin təşkil etdiyi hələ ki, məlum deyil.