Heydər Əliyevin 100 illiyi ilə əlaqədar hazırlanmış poçt markası möhürlənib
Bakıda keçirilmiş “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” konfrans çərçivəsində Baş nazir Əli Əsədovun iştirakı ilə Ulu Öndərin 100 illiyi ilə əlaqədar hazırlanmış poçt markası möhürlənib.
“Turanın səsi ” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
Xatırladaq ki, konfrans Nazirlər Kabinetinin təşkilatçılığı ilə keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotosərgi ilə tanış olublar.