Türkiyəli nazir hökumətin əsas vəzifəsini açıqlayıb


“Bizim əsas vəzifəmiz zəlzələnin nəticələrinin aradan qaldırılmasıdır”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Kanal 7” yə müsahibəsində deyib.

O bildirib ki, şəhər və rayonların yenidənqurulması istiqamətində işlər davam etdirilir: “Əlbəttə ki, şəhərləri bərpa etmək istəyiriksə, həmin ərazilərdə iqtisadiyyatı da canlandırmalıyıq. Bu istiqamətdə də lazımi işlər görürük”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Zəlzələ nəticəsində 50 500 nəfər ölüb.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir