Daxili İşlər Nazirliyində “Heydər Əliyev ili”nə həsr olunmuş tədbirlər davam edir 

0

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli   siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə          mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və   hərbi qulluqçuları Fəxri Xiyabana gələrək Ulu Öndərin abidəsi önünə  çiçək dəstələri düzüblər. Görkəmli oftomoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib. 

Turanın səsi ” xəbər verir ki , Sonra Nazirlikdə ümummilli liderin yubileyinə həsr olunmuş   tədbir keçirilib. 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə ətraflı qeyd edib, daxili işlər orqanlarının formalaşmasında və inkişafında rolunu, şəxsi heyətə diqqət və qayğısını vurğulayıb. 

Tədbir iştirakçıları qarşısında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Ədalət Qasımov “Azərbaycan xalqının tarixi taleyində        Heydər Əliyev fenomeni” mövzusunda əhatəli çıxış edib. 

Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən «Heydər Əliyev və 44 günlük Zəfər Yolu» sənədli filmi   nümayiş olunub. 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  elan olunmuş “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər  Nazirliyin Polis Akademiyasında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsində, ərazi polis orqanlarında və             hərbi hissələrində də keçirilib, həmçinin konfranslar, intellektual yarışlar, idman turnirləri, müsabiqələr, ağacəkmə aksiyaları və sair təşkil edilib. 

⤵️

⤵️

⤵️

⤵️

 ⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir