BƏƏ və ÜST Sudana 30 ton humanitar yardım göndərib

0

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə Sudana ilkin ehtiyaclar, dərmanlar və tibbi avadanlıqlardan ibarət 30 ton humanitar yardım göndərib.

Turanın səsi ” xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

ÜST-nin fövqəladə hallar proqramının direktoru Maykl Rayanın sözlərinə görə, 444 min dollar dəyərində humanitar yardımla dolu olan təyyarə cümə günü səhər BƏƏ-dən havaya qalxıb.

Bu, ordu ilə silahlı dəstələr arasında münaqişə başlayandan bəri ÜST-nin Sudana çatdırdığı ilk humanitar yardımdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir